Şəki rayonunda 42 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin martın 25-də rayonun kəndlərindən birində baş verib.
Kənd sakini, 18973-cü il təvəllüdlü Əhəd həmin gün saat 18 radələrində yaşadığı evin qonaq otağında arvadı Ramilənin (adlar şərtidir – red.) ona mütəmadi olaraq spirtli içki qəbul etməsi, ailələrinə maddi kömək göstərməməsini irad tutması səbəbindən onunla mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə arvadının boyun və ənsə nahiyyəsinə əli ilə zərbələr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Əhədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində peşman olduğunu, arvadı ilə barışdığını göstərib.
Bu cinayət işinə Şəki Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkənin ərini bağışlamasını, ona qarşı şikayətini geri götürməsini nəzərə alıb. Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.
Fariz Məlikli
Demokrat.az