Oğuzda “Forel” istirahət mərkəzinin işçiləri arasında dava düşüb, orada fəhlə işləyən şəxs ofisianta xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Xalxal kəndinin mərkəzində baş verib. 1992-ci il təvəllüdlü Coşqun həmin ərazidə aralarında baş vermiş mübahisə zamanı Xəyalın bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarəti yetirib.
Hadisəni törədən Coşqunun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Xalxal kəndində fəaliyyət göstərən “Forel” istirahət mərkəzində fəhlə işləyir: “Zərərçəkmiş şəxs də həmin istirahət mərkəzində “ofisiant” işləyir və onu uzun müddətdir ki, tanıyıram. Əvvəllər onunla aramızda heç bir narazılıq, ədavət və düşmənçilik olmayıb. Hadisə günü, saat 19 radələrində birlikdə işdən çıxdıq və Xalxal kəndinin mərkəzinə getdik. Tanışlarımız Qalib adlı şəxsin işlətdiyi kafedə birlikdə yemək yedik, yemək zamanı spirtli içki də qəbul etdik”.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən saat 23 radələrində birlikdə kafeni tərk ediblər: “Mən iş yerimə qayıdaraq orada gecələməli olduğum üçün kafedən çıxdıqdan sonra həmin istiqamətdə piyada getməyə başladım. Xəyalın da yaşadığı ev də həmin istiqamətdə olduğuna görə o da mənim ardım ilə gəlməyə başladı. Lakin mən bir qədər sürətli getdiyim üçün tədricən Xəyaldan uzaqlaşdım. Bu səbəbdən məni arxadan çağırdı. Lakin tələsdiyim üçün dayanmayaraq hərəkətimə davam etdim. Bu zərərçəkmiş şəxs narazılığına səbəb oldu və məni təhqir etməyə başladı. Əvvəlcə ona əhəmiyyət vermədim. Amma Xəyal məni nalayiq formada təhqir etməyə davam etdi. Geri qayıdaraq onu sakitləşdirməyə çalışdım. Lakin Xəyal sakitləşmək əvəzinə mənə daha da ədəbsiz sözlər dedi. Bundan əsəbləşərək məni döyməyə başladım. Ona bir neçə dəfə yumruqla vurdum və o, yerə yıxıldı. Xəyal yerə yıxıldıqdan sonra onun sifətinə və bədəninin müxtəlif yerlərinə daha bir neçə zərbə endirdim. Xəyal bundan sonra sakitləşdi”.
Bu cinayət işinə Oğuz Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkənin təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb.
Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az