Türkiyəli aktyor Serhan Onat və Merve Küsmenoğlu 10 illik münasibətlərini rəsmiləşdirərək ailə qurublar. Cütlüyün toy mərasimində sənət dünyasının bir sıra tanınmış simaları iştirak edib.
Demokrat.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Cütlüyün toyu İstanbulun Mecidiyeköy bölgəsində yerləşən DasDas məkanında keçirilib. Mərasimdə aktyor Cansel Elçin simvolik olaraq nikah məmuru rolunu yerinə yetirib. Serhan Onatın yaxın dostu, müğənni Keremcem isə romantik mahnı ifa edərək gecəyə xüsusi rəng qatıb. Yeni evlənənlər onun ifası altında rəqs edərək sevincini qonaqlarla bölüşüblər.
Toydan əvvəl jurnalistlərə açıqlama verən cütlük həyəcanlı olduqlarını bildiriblər. Onlar bu günün dostları tərəfindən uzun müddətdir gözlənildiyini və gecənin yaddaqalan keçəcəyinə inandıqlarını söyləyiblər.
Serhan Onat uzun illərdir davam edən münasibətlərindən danışarkən sevgilisi Merveyə olan hisslərinin artıq hər kəsə məlum olduğunu vurğulayıb. Aktyor bu barədə "Survivor" proqramından sonra daha çox insanın xəbər tutduğunu bildirib.
Toyda iştirak edən aktyor Kubilay Aka da cütlüyün münasibətini illərdir yaxından izlədiklərini deyərək onların evlənməsindən məmnunluğunu ifadə edib. Hande Doğandemir isə dostlarına xoşbəxtlik arzulayıb.
Jalə


