YapiKredi Müraciət Forması
Şou-biznes

Reper Navai azadlığa buraxıldı

Reper Navai azadlığa buraxıldı

Qazaxıstanda istintaq təcridxanasında saxlanılan reper Navai (Nəvai Bəkirov) girov müqabilində azadlığa buraxılıb.

Bu barədə Demokrat.az "Baza" "Telegram" kanalına istinadən xəbər verir.

Qeyd edək ki, tanınmış ifaçı oktyabrın 13-də Qırğızıstandan Qazaxıstana keçərkən "Korday" sərhəd-keçid məntəqəsində saxlanılmışdı.

Avtomobilin sürücü oturacağının cibindən 2.5 qram marixuana aşkar edilib. Nəqliyyat vasitəsində Navainin özü, meneceri və sürücüsü olub. Hər üç şəxs əvvəlcə saxlanılsa da, bir müddət sonra sürücü və menecer sərbəst buraxılıblar.

Navai dindirmə zamanı qanunsuz maddələri Bişkekdə aldığını etiraf edib. Saxlanıldıqdan qısa müddət sonra onun barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib. Məhz bu səbəbdən reperin oktyabrın 14-də Astanada baş tutmalı olan konserti ləğv edilib, qastrol çərçivəsindəki digər çıxışları isə başqa vaxta keçirilib.