Türkiyəli aktrisa Rabia Soytürk yeni münasibəti ilə gündəmə gəlib. Aktrisanın "Beşiktaş" klubunun prezidenti Serdal Adalının oğlu Serhan Adalı ilə eşq yaşadığı və cütlüyün ilk dəfə birlikdə görüntüləndiyi bildirilib.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" nəşri məlumat yayıb.
Məlumata görə, bir müddətdir münasibətdə olan cütlük ötən axşam İstanbulun Etiler bölgəsindəki məkanlardan birindən çıxarkən jurnalistlərin obyektivinə tuş gəlib. Qarşılarında mətbuat nümayəndələrini görən Rabia Soytürk və Serhan Adalı qısa müddətlik təəccübləniblər.
Cütlüyün görüntülənməsinə mane olmaq istəyən mühafizə əməkdaşının cəhdi isə nəticəsiz qalıb. Jurnalistlərin "Yeni münasibətiniz xeyirli olsun" sözlərinə təşəkkür edən ikili daha sonra ərazidən uzaqlaşıb.
Jalə


