"Qalatasaray"ın futbolçusu Rafael Leaonun zədəsi ilə bağlı son vəziyyət bəlli olub. Portuqaliyalı hücumçunun Çempionlar Liqasında "Lill"lə səfər oyununu buraxacağı, "Fənərbağça" ilə derbidə meydana çıxmaq ehtimalının isə aşağı olduğu bildirilir.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.
Leao "Gənclərbirliyi" ilə səfər matçında meydanın ot örtüyünün pis vəziyyətdə olması səbəbindən zədələnib və qarşılaşmanın 77-ci dəqiqəsində oyunu tərk edib. Müayinələr zamanı futbolçunun qasıq nahiyəsindəki əzələlərdə yüngül və orta dərəcəli gərilmə aşkarlanıb. Onun müalicəsinə başlanılıb, sağlamlıq vəziyyəti isə gündəlik müayinələrlə izlənilir.
Məlumata görə, "Qalatasaray"ın məşqçilər heyəti Leao derbiyə yetişməsə, sol cinahda Barış Alper Yılmazın xidmətindən istifadə etməyi planlaşdırır. Ulduz futbolçunun "Fənərbağça" ilə qarşılaşmada iştirak edib-etməyəcəyi müalicənin nəticələrindən və növbəti tibbi yoxlamalardan sonra dəqiqləşəcək.
Jalə


