YapiKredi Müraciət Forması
Cəmiyyət

Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR

Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR

Salyan rayonunda 20 oktyabr – Energetiklər Günü qeyd olunub.

Peşə bayramı günü münasibətilə İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Salyan Elektrik Şəbəkəsinin rəhbərliyi və kollektivi Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.

Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayon ictimaiyyəti adından ölkə iqtisadiyyatının inkişafında mühüm xidmətləri olan energetikləri peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib. Rayon rəhbəri energetika sahəsində həyata keçirilən islahatların uğurla reallaşdırılmasında, enerji təminatının etibarlılığının qorunmasında və sahənin davamlı inkişafında energetiklərin əməyini yüksək qiymətləndirərək, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayıb.

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə energetika sahəsinin inkişafına və bu sahədə çalışan əməkdaşlara hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını xatırladan rayon rəhbəri, həmin siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə energetika sektorunun müasirləşdirilməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi və sahənin davamlı inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Energetiklər onlara yaradılan əlverişli əmək şəraitinə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar energetika sahəsinin inkişafı və əməkdaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, bundan sonra da üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
Salyanda energetiklərin peşə bayramı keçirildi — FOTOLAR
1 / 7

Editor
Redaktor