YapiKredi Müraciət Forması
Daxili siyasət

Prokurorluqda təyinatlar oldu

Prokurorluqda təyinatlar oldu

Baş prokuror Kamran Əliyevin müvafiq əmrlərinə əsasən Bakı şəhərinin Binəqədi və Nizami rayon prokurorları vəzifələrini dəyişiblər.

Baş Prokurorluqdan verilən məlumata görə, Binəqədi rayon prokuroru Fuad Məmmədov tutduğu vəzifədən azad edilərək Nizami rayon prokuroru təyin olunub. Nizami rayon prokuroru Pərviz İbayev isə vəzifəsindən azad edilib və Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib.

Bundan başqa, Baş prokurorun əmri ilə Şirvan şəhər prokuroru Kamal Talıbov ikinci səlahiyyət müddətinə həmin rayonun prokuroru vəzifəsinə təyin olunub.