YapiKredi Müraciət Forması
Kriminal Özəl

Qardaşı arvadını vəhşicəsinə döydü — Məhkəmə

Qardaşı arvadını vəhşicəsinə döydü — Məhkəmə

Bakının Xəzər rayonunda 34 yaşlı kişi qardaşı arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Xəqani birgə yaşadıqları evdə ailə-məişət münaqişə zəminində yaranmış mübahisə zamanı qardaşının arvadı Baharla (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, aralarında yaranan mübahisə zamanı 34 yaşlı kişi yumruqla qardaşı arvadının başından bir dəfə və burnundan iki dəfə vuraraq ona xəsarətlər yetirib.

Xəqaninin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Xəqani ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirib.

Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını deyib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor