YapiKredi Müraciət Forması
Dünya Özəl

"Victoria"s Secret 2026" dəfiləsində Türkiyəni təmsil edən fenomen bəlli oldu - FOTOLAR

Victorias Secret 2026 dəfiləsində Türkiyəni təmsil edən fenomen bəlli oldu - FOTOLAR

Türkiyəli sosial media fenomeni Cemre Solmaz "Victoria"s Secret Fashion Show 2026" dəfiləsinə dəvət olunan iştirakçılar arasında yer alıb. O, Los-Ancelesdə keçirilən tədbirdən görüntüləri izləyiciləri ilə bölüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri məlumat yayıb.

Oktyabrın 18-də baş tutan dəfiləyə məzmun yaradıcısı kimi qatılan Solmaz hazırlıq prosesindən tutmuş tədbirin atmosferinədək bir çox anı sosial şəbəkə hesablarında paylaşıb. O, markanın çəhrayı xalatı ilə hazırlaşdığı anları və gecədən görüntüləri izləyicilərinə təqdim edib.

Fenomenin ən çox diqqət çəkən paylaşımlarından biri isə məşhur model Barbara Palvinin podiumdakı çıxışı ilə bağlı olub. Solmaz modelin tamaşaçılara doğru öpüş göndərdiyi anı lentə alaraq paylaşımına "İnanmıram, o öpüş mənə idi?" qeydini əlavə edib.

Öpüşün konkret kimə ünvanlandığı bəlli olmasa da, Solmaz həmin anın onu çox həyəcanlandırdığını izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, TikTok-da rəqs, əyləncə və gündəlik həyat videoları ilə tanınan Cemre Solmaz sonradan musiqi sahəsində də fəaliyyət göstərib. O, "Bir Dilek" və "Deli Hisler" adlı mahnıları ilə də dinləyicilərin qarşısına çıxıb.

Victorias Secret 2026 dəfiləsində Türkiyəni təmsil edən fenomen bəlli oldu - FOTOLAR

Victorias Secret 2026 dəfiləsində Türkiyəni təmsil edən fenomen bəlli oldu - FOTOLAR

Jalə