YapiKredi Müraciət Forması
Şou-biznes

Castin Biberin keçmiş sevgilisi ana olduqdan 9 ay sonra öldü - FOTO

Castin Biberin keçmiş sevgilisi ana olduqdan 9 ay sonra öldü - FOTO

Müğənni Castin Biberlə münasibəti ilə tanınan model Sahara Ray 34 yaşında vəfat edib. İlkin məlumatlara görə, onun ölümünə narkotik maddənin həddindən artıq dozada qəbulu səbəb olub.

Demokrat.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata əsasən, Sahara Ray oktyabrın 16-da Los-Ancelesdə narkotik maddənin yüksək dozada qəbulu nəticəsində xəstəxanaya yerləşdirilib. Oktyabrın 18-də onun vəziyyəti ağırlaşıb və model süni nəfəs aparatına qoşulub. Lakin ailəsi daha sonra aparatın söndürülməsinə qərar verib. Sahara Ray yaxınlarının əhatəsində dünyasını dəyişib.

Onun narkotik maddəni təsadüfən, yoxsa başqa səbəbdən normadan artıq qəbul etdiyi hələlik açıqlanmayıb.

Qeyd edək ki, Sahara Ray 2016-cı ildə Castin Biberlə münasibəti sayəsində geniş tanınıb. Ayrılıqdan sonra şəxsi həyatını mediadan uzaq tutmağa çalışan model doqquz ay əvvəl ilk dəfə ana olmuşdu. O, həmin vaxt qızı Snounun görüntülərini sosial şəbəkədə paylaşmışdı.

Castin Biberin keçmiş sevgilisi ana olduqdan 9 ay sonra öldü - FOTO

Castin Biberin keçmiş sevgilisi ana olduqdan 9 ay sonra öldü - FOTO