YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Ötən il 495 min nəfər bu səbəbdən işsiz qaldı — Açıqlama

Ötən il 495 min nəfər bu səbəbdən işsiz qaldı — Açıqlama

Ötən il təxminən 495 min nəfər işdən ayrılıb. Onların 83 faizindən çoxu öz ərizəsi ilə işdən çıxıb.

İşçilərin kütləvi şəkildə öz istəkləri ilə işdən ayrılmasının əsas səbəbləri nədir?

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında söyləyib ki, işçilərin əksəriyyətinin öz ərizəsi ilə işdən çıxmasının səbəbi odur ki, bir çox işəgötürənlər əmək müqaviləsinə öz təşəbbüsləri ilə xitam vermək istədikdə işçiyə ərizə yazaraq işdən çıxmağı təklif edirlər:

Ötən il 495 min nəfər bu səbəbdən işsiz qaldı — Açıqlama

"İşçilər də bununla razılaşaraq öz ərizələri ilə işdən ayrılırlar. Əmək müqaviləsinə xitam verilən işçilər arasında öz xahişi ilə işdən çıxanların payının yüksək olmasının əsas səbəbi budur".

Sahib Məmmədov bildirib ki, Azərbaycanda işə qəbul və işdən çıxarılma prosedurları müəyyən qədər mürəkkəbdir:

"Məsələn, işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, attestasiyadan keçmədikdə və ya ştat ixtisarı aparıldıqda işəgötürən ona öz ərizəsi ilə işdən çıxmağı təklif edə bilər. İşçilər də əksər hallarda bu təkliflə razılaşaraq işdən ayrılırlar. Bununla yanaşı, öz ərizəsi ilə işdən çıxanların arasında iş yerini dəyişən və ya digər səbəblərdən əmək münasibətlərinə xitam verən şəxslər də var. Yəni bu cür halların mövcudluğu da mümkündür".

FH
Fidan Hacızadə
Müxbir