YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Bananları iki həftəyədək təzə saxlamağın sadə üsulu açıqlandı

Bananları iki həftəyədək təzə saxlamağın sadə üsulu açıqlandı

Bananların evə gətirildikdən cəmi bir neçə gün sonra qaralmasının qarşısını almaq mümkündür. Mütəxəssislər bildirirlər ki, düzgün saxlama qaydalarına əməl etməklə meyvələrin təzəliyini iki həftəyədək qorumaq olar.

Demokrat.az xəbər verir ki, bu barədə "Mirror" nəşri mütəxəssislərin tövsiyələrinə istinadən yazıb.

Mütəxəssislərin sözlərinə görə, banan seçərkən onun plastik paketdə satılmamasına diqqət yetirmək lazımdır. Çünki bu meyvə yetişmə prosesini sürətləndirən etilen qazı ifraz edir. Paket daxilində qazın toplanması bananların daha tez yetişməsinə, qabığında qəhvəyi ləkələrin yaranmasına səbəb ola bilər.

Qida gigiyenası üzrə mütəxəssislər bananları mətbəxdə otaq temperaturunda, birbaşa günəş şüalarından və nəmdən uzaq yerdə saxlamağı məsləhət görürlər. Meyvələri sobanın, qızdırıcıların və digər istilik mənbələrinin yaxınlığında qoymaq da onların daha tez yetişməsinə gətirib çıxarır.

Bananların yetişməsini ləngitmək üçün onları salxımdan ayırmaq və saplaq hissəsini qida plyonkası ilə bükmək də tövsiyə olunur. Etilen qazının əsasən saplaqdan ayrıldığını nəzərə alsaq, bu üsul qazın yayılmasını müəyyən qədər məhdudlaşdıra və meyvələrin daha uzun müddət təzə qalmasına kömək edə bilər.

Mütəxəssislər vurğulayırlar ki, bananların saxlanıldığı yerin temperaturu və ətraf mühit şəraiti onların nə qədər tez yetişməsinə birbaşa təsir göstərir. Buna görə də meyvələri istilik mənbələrindən uzaq tutmaq və plastik paketlərdə saxlamaqdan çəkinmək vacibdir.

Jalə