YapiKredi Müraciət Forması
Maliyyə

"Azəriqaz" İB-nin rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək

Azəriqaz İB-nin rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək

SOCAR-ın "Azəriqaz" İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu oktyabrın 23-də saat 11:00-da Ağcabədi şəhərində (Heydər Əliyev prospekti 213A, Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının inzibati binası) keçiriləcək.

Demokrat.az xəbər verir ki, görüşdə Ağcabədi və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-74-14; 050-243-22-08) müraciət edə bilərlər.