YapiKredi Müraciət Forması
Siyasi

"Azərbaycan ərazisində basdırdıqları minaların xəritələrini hələ də vermirlər"

Azərbaycan ərazisində basdırdıqları minaların xəritələrini hələ də vermirlər

"Ermənistan öz təməl siyasi-ideoloji xətti üzrə terrorçu dövlətdir. Bu dövlət üçün terrora bağlı addımların atılması elə bir ciddi problem yaratmır və bundan xüsusi hazırlıq prosesi də keçirilər".

Demokrat.az xəbər verir ki, bunu politoloq Elçin Xalidbəyli deyib.

Azərbaycan ərazisində basdırdıqları minaların xəritələrini hələ də vermirlər

Onun sözlərinə görə Ermənistanın Azərbaycana qarşı terror siyasəti elə bu gün də davam edir.

"Azərbaycan ərazisində basdırdıqları minaların xəritələrini hələ də vermirlər və Azərbaycan vətəndaşlarının həyatına təhlükə hələ də davam edir. Yəni bu baxımdan Azərbaycanda erməni terroru və Ermənistanın Azərbaycana qarşı terrorçu siyasəti hələ də davam edir. Mina terrorunu dayandırmaq niyyətində olmadıqlarını açıq-aşkar büruzə verirlər. Bu baxımdan hesab eləmək olar ki, Ermənistan üçün siyasi anlayışlar o qədər də ön planda deyil. Əsas xarici himayədarlardan aldıqları vədlər və həmin vədlər üzərindən xarici himayədarlara xidmət göstərmək prinsipləri rəsmi İrəvan üçün ön planda yer alır.

Ermənistanın hakim dairələrində həmişə hərbi cinayətkarlar mövcud olub. Ermənistanın iki prezidenti – Robert Köçəryan və Serj Sərkisyan hərbi cinayətkardırlar və Azərbaycan ərazisində çoxsaylı qətliamlar törədiblər, bəşəri cinayətlər törədiblər. Və əvvəl-axır bu iki şəxsin məhkəmə qarşısında dayanaraq cavab verməsi lazımdır. Eyni zamanda Ermənistanın müdafiə naziri postunda hərbi cinayətkarlar fəaliyyət göstərib. Yəni bu sadalamaqla bitən məsələ deyil. Ermənistan terrorizmin siyasi-ideoloji məkanlarından biridir və ən əsası da problem yaradan istiqamətlərdən biri ondan ibarətdir ki, Ermənistan genişmiqyaslı beynəlxalq himayə lobbisinə malik olan ölkədir.

Həm erməni diasporu, həm də ermənipərəst qərb siyasi dairələri Ermənistanı himayə etməkdə davam edirlər və məhz bu qərəzli himayə, yəni yolverilməz himayə Ermənistanı beynəlxalq hüquq normalarına əhəmiyyət verməməyə cəsarətləndirir. Və təbii ki, belə vəziyyət də Cənubi Qafqazda sülhün sabitliyin və əmin-amanlığın təmin olunmasında ciddi problemlər yaradır. Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında hələ də yekun sülh sazişi imzalanmayıb. Ermənistan xarici himayədarlarının sifarişi ilə Cənubi Qafqazda həmişə hərbi təxribatlar törədə bilər və bu təxribatların da savaşa çevrilmə ehtimalı qətiyyən istisna deyil.

Dəniz

Editor
Redaktor