5 aydır itkin düşmüşdü — Polis qətlə yetirildiyini müəyyən etdi

KRİMİNAL 20 avqust 2025, 19:55
Cari il mart ayının 20-də Qazax rayon sakini 2004-cü il təvəllüdlü Sadıqov Tamerlan Mustafa oğlunun itkin düşməsi ilə bağlı daxil olmuş məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü açılıb.

“Qafqazinfo”nun məlumatına görə, T.Sadıqovun meyiti qonşusu rayonun Aşağı Salahlı kənd sakini 1988-ci il təvəllüdlü Məmmədrzayev Xaliq Məmmədrza oğlunun yaşadığı evin həyətindəki quyudan tapılıb.

Araşdırmalarla X.Məmmədrzayevin martın 20-də aralarında yaranmış mübahisə zamanı T.Sadıqovu odlu silahdan açdığı atəşlə öldürüb quyuya atmasına dair əsaslı şübhələr müəyyənləşdirilib. X.Məmmədrzayev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və ondan cinayət aləti olan 1 ədəd müvafiq sənədləri olmayan tüfəng aşkarlanıb. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 23:30
20 avqust 2025, 21:40
Top