Azərbaycanda beş nəfər dönərdən zəhərləndi

DÜNYA 20 avqust 2025, 23:16
Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.

Faktla bağlı araşdırma aparılır. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 23:30
Top