NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstəklərini bir daha təsdiqləyib

DÜNYA 20 avqust 2025, 21:53
NATO ölkələrinin müdafiə nazirləri Ukraynanı dəstəklədiklərini bir daha təsdiqləyiblər.

Demokrat.az xəbər verir ki, bu barədə alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone “X” sosial şəbəkəsində bildirib.

“Bu gün NATO-nun müdafiə rəisləri arasında əla və səmimi müzakirə oldu. Hər kəsə bu görüşlərdə həmişə fəal iştirakına görə təşəkkür etdim: biz həmrəyik və bu birlik həmişə olduğu kimi, bu gün də xüsusilə nəzərə çarpırdı. Ukraynaya gəlincə, biz dəstəyimizi bir daha təsdiqlədik. Prioritet ədalətli, etibarlı və davamlı sülh olaraq qalır”, - admiral yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 23:30
Top