Elçin Qasımov kimdir? — Öz ölkəsinə səfir təyin olunan azərbaycanlı

SİYASƏT 20 avqust 2025, 22:05

Xəbər verdiyimiz kimi, avqustun 18-i Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın ölkəyə yeni təyin olunan səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

Demokrat.az lent.az-a istinadən"Bioqrafiya" rubrikasında Elçin Qasımov haqqında məlumat verir.

- Elçin Qasımov nə vaxt və harada anadan olub?

Elçin Qasımov 29 dekabr 1987-ci ildə Moskvada anadan olub.

- Elçin Qasımov əslən haralıdır?

Elçin Qasımov əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir.

- Elçin Qasımov hansı idman növü ilə məşğul olub?

Elçin Qasımov idmanın gimnastika növü ilə məşğul olub. Həmçinin, tennis üzrə Avropa birincisidir.

- Elçin Qasımov diplomatik fəaliyyətə başlamazdan əvvəl hansı vəzifələri icra edib?

Elçin Qasımov Slovakiya Respublikasının Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışıb. Bir müddət isə Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.

- Elçin Qasımovun ailəsi haqqında nə bilirik?

E.Qasımovun atası professor Cəlal Qasımov uzun illərdir Azərbaycanın Slovakiyadakı fəxri konsuludur. Yeni səfir Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 23:30
Top