“Rusiya Azərbaycanın müstəqil xarici siyasət yürütməsini qəbul etmir”

SİYASƏT 20 avqust 2025, 17:55
“Rusiya Ukraynada apardığı müharibədə ciddi strateji məğlubiyyətlə üzləşir. O, bu məğlubiyyəti kompensasiya etmək məqsədilə yeni geosiyasi sahələrdə, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini möhkəmləndirməyə çalışır. Bu çərçivədə Azərbaycanın müstəqil siyasət yürütməsi, xüsusilə də Ermənistanla sülh sazişinə yaxınlaşması, Rusiyanı narahat edən əsas məsələlərdəndir”.

Bunu Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. 

O deyib ki, Rusiya, Ukraynadakı uğursuzluqların təzyiqi altında, Azərbaycana qarşı siyasi və sosial təzyiqləri artırmağa başlayıb:

“Bunun bir nümunəsi kimi Yamal-Muxtar vilayətində azərbaycanlıların işə götürülməsinin məhdudlaşdırılmasını, habelə müəyyən səbəblərlə əsassız saxlamaları göstərmək olar. Bu, Kremlin Azərbaycana qarşı sərgilədiyi təzyiq siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər. Rusiya Azərbaycanın regionda artan nüfuzunu, müstəqil xarici siyasət yürütməsini qəbul etməkdə çətinlik çəkir və onu öz təsir dairəsində saxlamaq üçün müxtəlif alətlərə əl atır. Lakin Azərbaycan artıq regional gücdür və çoxsaylı müttəfiqlərə, o cümlədən qlobal miqyasda strateji tərəfdaşlara malikdir. Bu baxımdan, Rusiyanın Azərbaycana yönəlik anti-strateji siyasətinin uğursuzluğa düçar olması qaçılmazdır. Azərbaycan öz suverenliyini və milli maraqlarını qoruyaraq yoluna davam edəcək”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 19:30
Top