“Dünən Azərbaycan və Fransa liderləri arasında keçirilən görüş son 5 ildə ilk bu cür görüş idi. Fransanın son dövrlərə qədər Ermənistan vasitəsi ilə Azərbaycana təzyiqlər edərək Cənubi Qafqazda öz mövqeyini gücləndirməyə çalışırdı. Bu siyasətin uğursuzluğa düçar olması, Ermənistan tərəfinin də reallıqları qəbul edərək Azərbaycanla sülhə razılaşması və Azərbaycanın suverenliyini tanıması Fransanın mövqeyində dəyişikliyə səbəb oldu”.
Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O, Fransanın Azərbaycana qarşı münasibətinin dəyişməsinə bir neçə faktorun səbəb olduğunu qeyd edib:

“Bu normallaşmanın səbəblərindən biri də odur ki, Fransanın Cənubi Qafqazla bərabər həm də Orta Asiyada ciddi maraqları var. Keçən il Fransa prezidenti Qazaxıstan və Özbəkistana səfərlər etdi, Fransanın Orta Asiyadakı maraqlarını və fəaliyyətdə olan şirkətlərini nəzərə alsaq, həmçinin Fransanın özünün AES-lərini işlətmək üçün ehtiyac duyduğu uran məhsullarını Qazaxıstan və Özbəkistandan tədarük etmək niyyətini nəzərə alsaq Fransa Azərbaycanla münasibətləri normallaşdırmalı idi”.
Cavidan Mirzəzadə
Demokrat.az