Prezidentdən bu şəxslərin maaşı ilə bağlı SƏRƏNCAM

DAXİLİ SİYASƏT 04 oktyabr 2025, 12:24
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, Sərəncama əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan körpələr evinin işçilərinin Vahid Tarif Cədvəli ilə müəyyən olunmuş tarif (vəzifə) maaşlarına 1,5 - 3 dəfə artım əmsalları tətbiq edilir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən artım əmsallarının şamil olunacağı işçilərin əhatə dairəsini və görülən işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2025-ci il avqustun 1-dən tətbiq edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 12:33
04 oktyabr 2025, 12:20
Top