Sürücü sükan arxasında öldü, avtomobil qəzaya düşdü

HADİSƏ 04 oktyabr 2025, 14:21
Sumqayıtda ölümlə nəticələnən hadisə baş verib.

Demokrat.az Sumqayit24.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 44 yaşlı Rauf Əliyev idarə etdiyi avtomobilin sükanı arxasında olarkən qəfil halı pisləşib və ürəyi dayanıb.

Nəticədə idarəetməni itirən sürücünün avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə zamanı Rauf Əliyev dünyasını dəyişib.

Fakta bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 oktyabr 2025, 15:18
Top