Bakının Sabunçu rayonunda 1974-cü il təvəllüdlü Novruz tanışı Natiqin həyat yoldaşı Qəmər Qüdrət qızına qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, Sabirabad rayon sakini Novruz tanışı Natiqin oğlu Nicatın barəsində Sabunçu Rayon Məhkəməsində olan cinayət işi üzrə cəzasının yüngülləşdirilməsinə köməklik edəcəyini vəd edib.
Belə ki, o, Nicatın ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsindən həmin məcəllənin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsinə tövsif barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verərək aldadıb.
Natiq də bu məsələni həyat yoldaşına danışıb. Qadında oğlunun azadlığa çıxması üçün pul və qızıllarını əri vasitəsi ilə dələduzluq əməli törədən şəxsə çatdırıb.
Bununla təqsirləndirilən şəxs zərərçəkmişdən ümumilikdə 1800 manatı alıb ələ keçirib və zərərçəkmiş şəxsə maddi ziyan vurub.
Hadisəni törədən Novruzun barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Natiq ilə ortaq tanışları vasitəsilə tanış olub: “2023-cü ilin dekabr ayının əvvəllərində Natiq zəng vurdu və oğlu Nicatın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Sabunçu polis əməkdaşları tərəfindən tutulduğunu, barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsilə cinayət işi aparıldığını bildirdi. O, məndən məhkəmədə köməklik göstərmək olarmı deyə maraqlanmağımı xahiş etdi. Həmin vaxt maraqlanaraq bir söz deyəcəyimi bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən bir iki saat sonra Natiqə zəng vurub: “Bu barədə tanışlarımdan maraqlandığımı, məhkəmədə oğlu Nicatın maddəsini Cinayət Məvəlləsinin 234.1-ci maddəyə tövsif olunmasına və onun barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması barədə qərar çıxarılmasına köməklik göstərə biləcəyimi, bunun üçün isə 1800 manat pul lazım olduğunu dedim. Natiq də mənimlə razılaşdı. Əslində isə bu barədə heç kəslə maraqlanmamışdım. Sadəcə pula ehtiyacım olduğu üçün özüm Natiqə bu cür dedim”.
Təqsirləndirilən şəxs bildirib ki, daha sonra Natiq onun bank kart hesabına hissə-hissə olmaqla ümumilikdə 1300 manat göndərib: “2024-cü ilin yanvar ayında isə onunla Bakı İstintaq Təcridxanasının qarşısında görüşən zaman Natiq mənə qalan 500 manatı verdi. Həmin vaxt Natiqə narahat olmamasını, oğlu Nicatın işini danışdığımı bildirdim və ondan ayrıldım. Mən bu işlə bağlı heç bir köməklik edə bilmədim. Natiqdən aldığım pulları isə öz şəxsi ehtiyaclarım üçün xərclədiyimdən, onun pulunu geri qaytara bilmədim”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Novruz 2 ay 29 gün müddətə azadlıqdan məhrum edib.
Fariz Məlikli
Demokrat.az