YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

Türkiyəli məşhur aktyor vəfat etdi - FOTOLAR

Türkiyəli məşhur aktyor vəfat etdi - FOTOLAR

Türkiyəli aktyor Şafak Karali 57 yaşında dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, aktyor "Avrupa Yakası", "Karadayı" və "Leyla ile Mecnun" seriallarındakı rolları ilə tanınıb. O, həmçinin Nuri Bilge Ceylanın "Bir Zamanlar Anadolu'da" filmində çəkilib.

Kocaeli Şəhər Teatrının qurucu heyətində yer alan sənətçi ilə bu gün teatrda vida mərasimi keçiriləcək. Daha sonra onun cənazə namazı qılınacaq və aktyor dəfn ediləcək.

Yaxın dostu Elif Sarıgülle Tan bildirib ki, Karali son telefon danışıqlarında səhhətindəki ciddi problemlərdən və ağrılarından şikayətlənib. Aktyoru ən çox yeni tamaşada səhnəyə çıxa bilməməsi kədərləndirirmiş.

1969-cu ildə Ankarada anadan olan Karali 1993-cü ildən teatr və kino sahəsində fəaliyyət göstərib. O, 2003-cü ildə beynəlxalq teatr festivalında "Ən yaxşı ikinci plan kişi aktyoru" mükafatını qazanıb.

1 / 5