YapiKredi Müraciət Forması
Maraqlı Özəl

Bu həftə iki bürcün arzuları gerçəkləşə bilər

Bu həftə iki bürcün arzuları gerçəkləşə bilər

Astroloqlar noyabrın 9-dan 15-dək olan həftə üçün bütün bürclərin proqnozlarını açıqlayıblar. Buğa və Xərçəng bürclərinin nümayəndələrini isə xüsusilə uğurlu günlər gözləyir.

Demokrat.az xəbər verir ki, astroloji proqnoza əsasən, bu həftə Buğalar gözlənilməz pul gəliri və ya qaytarılan borc sayəsində çoxdan arzuladıqları alış-verişi edə bilərlər. Xərçənglər üçün isə maliyyə məsələlərini həll etmək və şəxsi arzularını gerçəkləşdirmək baxımından əlverişli dövr olacaq.

Digər bürcləri nə gözləyir?

Qoç: İşləriniz çox olsa da, onların öhdəsindən gələcəksiniz. Plansız xərclərdən uzaq durun.

Buğa: Gözlənilməz mükafat və ya qaytarılan borc maddi vəziyyətinizi yaxşılaşdıra bilər. Uzun müddətdir arzuladığınız bir alış-verişi həyata keçirmək imkanı yaranacaq.

Əkizlər: Əhvalınızı yüksək saxlamaq üçün istirahətə vaxt ayırın. Yaxınlarınızın dəstəyi sizə kömək edəcək.

Xərçəng: Maliyyə məsələlərini həll etmək və böyük alışlar etmək üçün əlverişli həftədir. Köhnə arzularınızdan biri gerçəkləşə bilər.

Şir: Köhnə dostlarla görüşlər mümkündür. Alış-veriş əhvalınızı yaxşılaşdırsa da, büdcənizi nəzərə alın.

Qız: Yeni biliklər qazanmaq və işgüzar səfərlər üçün münasib zamandır. Köhnə borclarınız geri qaytarıla bilər.

Tərəzi: İşgüzarlığınız rəhbərliyin diqqətini cəlb edə bilər. İşdə və ailə həyatında müsbət dəyişikliklər gözlənilir.

Əqrəb: Maliyyə məsələlərində uğurlu fürsətlərlə qarşılaşa bilərsiniz. İdman və ailə ilə vaxt keçirmək sizə yaxşı təsir edəcək.

Oxatan: Karyera və maddi vəziyyətiniz işə nə qədər diqqət ayırmağınızdan asılı olacaq. Həftənin əvvəlində pul daxilolması mümkündür.

Oğlaq: Enerjinizi yarımçıq qalan işlərə yönəldin. Evlilik və ya köç planları üçün əlverişli dövrdür.

Dolça: Qərar verərkən intuisiyanıza güvənin. Səhhətinizlə bağlı narahatlığınız varsa, həkimə müraciəti təxirə salmayın.

Balıqlar: İş həyatında sakitlik hökm sürəcək. Həftənin ikinci yarısında mühüm görüşlər və uğurlu razılaşmalar baş tuta bilər.

Qeyd edək ki, astroloji proqnozlar əyləncə xarakteri daşıyır və elmi əsaslı gələcək proqnozu hesab edilmir.