YapiKredi Müraciət Forması
Maraqlı

Çində 6 robot 24 saat mağazada işlədilər

Çində 6 robot 24 saat mağazada işlədilər

Çinin Şanxay şəhərində humanoid robotların real iş şəraitində imkanlarını yoxlamaq məqsədilə maraqlı eksperiment keçirilib.

Demokrat.az xəbər verir ki, Çin şirkəti AGIBOT-un təşkil etdiyi sınaq çərçivəsində altı G2 humanoid robot 24 saat ərzində müştərilərə xidmət göstərən mağazada çalışıb.

Noyabrın 2-dən 3-dək davam edən eksperiment zamanı robotlar müştəriləri qarşılamaq, məhsulları rəflərə düzmək, qəhvə hazırlamaq, isti yeməklər təqdim etmək, sifarişləri qəbul etmək və mağazanı təmizləmək kimi işləri yerinə yetiriblər.

24 saat ərzində robotlar ümumilikdə 1730 tapşırığı icra ediblər. Onlar 683 müştəriyə xidmət göstərib, 369 məhsulun götürülməsi və çatdırılmasını həyata keçirib, 147 qəhvə hazırlayıb, 126 səhər yeməyi sifarişini yerinə yetirib, həmçinin rəfləri yoxlayıb və masaları təmizləyiblər.

Lakin sınağın nəticələri bütün robotlar üçün uğurlu olmayıb. Altı robotdan yalnız dördü yekun qiymətləndirmədən keçib. Təmizlik və rəflərin yoxlanılması ilə məşğul olan iki robot qarşıya qoyulan tələbləri tam yerinə yetirə bilməyib.

Məlumata görə, təmizlik robotu zibil qabının dolması səbəbindən müəyyən edilmiş marşrutdan çıxaraq mağazadan kənara gedib. Rəflərə nəzarət edən digər robot isə məhsulların vaxtında tamamlanmasında kifayət qədər təşəbbüskarlıq göstərməyib.

Eksperiment robotların yalnız əvvəlcədən proqramlaşdırılmış tapşırıqları deyil, dəyişən şəraitdə gözlənilməz vəziyyətləri də nə dərəcədə müstəqil idarə edə bildiyini yoxlamaq məqsədi daşıyıb.

Qeyd edək ki, sınaq iki milyondan çox insan tərəfindən onlayn izlənilib.