YapiKredi Müraciət Forması
Təhsil

Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə birgə doktorantura proqramları həyata keçirəcək

Azərbaycan və Türkiyə müdafiə sənayesi üzrə birgə doktorantura proqramları həyata keçirəcək

Azərbaycan və Türkiyə müdafiə sənayesi texnologiyaları sahəsində ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə əməkdaşlığı genişləndirəcək.

Demokrat.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar açıqlama verib.

O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində kadr hazırlığının gücləndirilməsi üçün birgə doktorantura proqramlarının həyata keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatların aparılması, gənc alimlərin yetişdirilməsi və Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsi də planlaşdırılır.

Yeni proqramların müdafiə sənayesi texnologiyaları üzrə ixtisaslı kadr potensialının artırılmasına töhfə verəcəyi gözlənilir.