YapiKredi Müraciət Forması
Özəl Təhsil

Rektor: Iğdır universitetinə Heydər Əliyevin adı verilsin

Rektor: Iğdır universitetinə Heydər Əliyevin adı verilsin

Iğdır Universitetinin rektoru, professor-doktor Ekrem Gürel Iğdır Universitetinə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adının verilməsini təklif edib.

Demokrat.az xəbər verir ki, rektor bu təkliflə "Haber Global"ın canlı efirində çıxış edib.

Ekrem Gürel eyni zamanda, Naxçıvan Dövlət Universitetinə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adının verilməsini təklif edib.

O, təşəbbüsün Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verə biləcəyini bildirib.

Rektor hər iki ölkənin ziyalılarını, akademik dairələrini, ictimaiyyət nümayəndələrini və siyasətçilərini təklifə dəstək verməyə çağırıb.

Onun sözlərinə görə, bu təşəbbüsün reallaşması Azərbaycan-Türkiyə qardaşlığının rəmzi ifadələrindən birinə çevrilə bilər.

Rektor: Iğdır universitetinə Heydər Əliyevin adı verilsin

Alparslan

Editor
Redaktor