Müğənni Arzu Mirzəyeva burnunun formasını dəyişdirmək üçün cərrahi əməliyyat keçirib.
Demokrat.az milli.az-a istinadən xəbər verir ki, əməliyyat zamanı sənətçinin qabırğa nahiyəsindən götürülən qığırdaq toxumasından burun nahiyəsində istifadə olunub.
Məlumata görə, müğənni əməliyyatdan sonra xarici görünüşü ilə bağlı narahatlıqlarının aradan qalxdığını bildirib. Hazırda onun səhhətinin orta vəziyyətdə olduğu qeyd edilir.
Arzu Mirzəyevanın əməliyyatdan sonrakı görüntüləri sosial şəbəkələrdə paylaşılıb.


