YapiKredi Müraciət Forması
Maraqlı

Yemək bişirərkən elektrik enerjisinə necə qənaət etmək olar?

Yemək bişirərkən elektrik enerjisinə necə qənaət etmək olar?

Yemək bişirərkən elektrik enerjisinə qənaət etməyin yolları açıqlanıb.

Demokrat.az xəbər verir ki, yemək hazırlayarkən sobadan daha az istifadə etmək qənaət üçün ən təsirli üsullardan biridir. Çünki soba yalnız yeməyi deyil, böyük metal kameranı da qızdırır və bu proses daha çox enerji tələb edir.

Mütəxəssislərin diqqət çəkdiyi məqamlardan biri də mikrodalğalı sobadan istifadədir. Məsələn, adi sobada bişirilən kartof mikrodalğalı sobada hazırlanan kartofla müqayisədə 40 dəfədən çox enerji sərf edə bilər.

Bundan başqa, yemək hazırlayarkən hava fritözləri (air fryer), yavaşbişirən cihazlar və elektrik təzyiqli qazanlardan istifadə də enerji sərfiyyatını azaltmağa kömək edə bilər.

Qabyuyan maşının enerji qənaətli rejimə keçirilməsi də tövsiyə olunur. Bu rejimdən istifadə elektrik və su sərfiyyatını təxminən 30 faiz azalda bilər. Soyuducu və dondurucudan düzgün istifadə etməyin də enerji sərfiyyatına əmiyyətli təsiri var.