YapiKredi Müraciət Forması
Maraqlı

Gələn il varlanacaq bürclər

Gələn il varlanacaq bürclər

2027-ci ildə bəzi bürclər üçün sevgi, karyera və maliyyə baxımından uğurlu dövr gözlənilir. Astroloji proqnozlara əsasən, yeni ildə ən şanslı bürclər Şir, Qız və Oxatan olacaq.

Demokrat.az xəbər verir ki, astroloji proqnozlarda bürclər 2027-ci ildə qarşılaşacaqları fürsətlərə görə sıralanıb.

Siyahıda ilk yerdə Şir bürcü qərarlaşıb. Yupiter planetinin iyulun 26-dək Şir bürcündə olması bu bürcün nümayəndələri üçün yeni imkanlar və mühüm dəyişikliklər vəd edir. Avqustun 2-də Şir bürcündə baş verəcək Günəş tutulmasının da yeni başlanğıclara təkan verəcəyi ehtimal olunur.

İkinci yerdə Qız bürcü qərarlaşıb. İyulun 26-da Yupiterin Qız bürcünə keçməsi ilə bu bürcün nümayəndələri üçün ilin ikinci yarısında əlverişli imkanların yaranacağı proqnozlaşdırılır.

Üçüncü yerdə isə Oxatan bürcü yer alıb. İlin ilk yarısında təhsil və səyahət sahəsində yeni fürsətlər, ikinci yarısında isə karyera yüksəlişi gözlənilir.

Siyahıda dördüncü yerdə Balıqlar, beşinci yerdə Dolça, altıncı yerdə Xərçəng, yeddinci yerdə Əqrəb, səkkizinci yerdə Qoç qərarlaşıb.

Buğa bürcü doqquzuncu, Tərəzi onuncu, Əkizlər on birinci, Oğlaq isə on ikinci yerdədir.

Proqnozlara görə, 2027-ci ildə Balıqlar üçün sevgi münasibətlərində, Xərçəng üçün maliyyə sahəsində, Əqrəb üçün isə karyerada müsbət dəyişikliklər mümkündür.