Azərbaycanda faktiki hava şəraiti açıqlanıb. Daşkəsən, Kəlbəcər və Şahdağda qar qeydə alınıb.
Demokrat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3, Kəlbəcərdə isə 2 santimetrə çatıb.
Bakıda və Abşeron yarımadasında da yağıntılı hava müşahidə olunub. Maştağada 18, Binədə 12, Bakıda 11, Sumqayıtda isə 4 millimetr yağıntı qeydə alınıb.
Respublikanın digər ərazilərində də yağıntı düşüb. Ən çox yağıntı Şahbuz və Qax rayonunun Sarıbaş kəndində – 12 millimetr olub. Naxçıvan, Ordubad, Sədərək və Zaqatalada 9, Gədəbəy və Ağstafada 8, Şərur və Culfada 7, Xaçmazda 6, Qubada 5 millimetr yağıntı qeydə alınıb.
Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağıb.
Bəzi ərazilərdə şimal-qərb küləyi güclənib. Küləyin maksimal sürəti Mingəçevirdə saniyədə 28, Bakıda və Abşeron yarımadasında 26, Goranboyda 23, Naftalanda 22 metrə çatıb.
Bundan başqa, Şərur, Daşkəsən, Göygöl, Qaxın Sarıbaş kəndi, Şəki, Şamaxı, Qobustan, Altıağac, Qusar, Göyçay və Lerikdə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.


