YapiKredi Müraciət Forması
İdman Dünya

Tramp Nurməhəmmədova Ağ Evdə vəzifə təklif etdi

Tramp Nurməhəmmədova Ağ Evdə vəzifə təklif etdi

ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini, tanınmış MMA döyüşçülərinə isə onun köməkçiləri olmağı təklif edib.

Demokrat.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasındakı paylaşımında yazıb.

ABŞ lideri köməkçi vəzifələrinə İslam Maxaçev, Həbib Nurməhəmmədov, Castin Qetci, Deniel Kormye, Amanda Nunes və Kayla Harrisin adlarını çəkib.

"Mən ondan köməkçi qismində İslam Maxaçevi, Həbib Nurməhəmmədovu, Castin Qetci, Deniel Kormyeni, Amanda Nunesi və Kayla Harrisi cəlb etməsini xahiş etdim. Baxmayaraq ki, onların bəziləri bizim ölkədən deyil. Solçulardan bizi qorumaq üçün bu insanlara ehtiyacımız var. Dana, xahiş edirəm, bu vəzifəni qəbul et", – deyə Tramp paylaşımında bildirib.

Editor
Redaktor