İsrail Prezidenti İsxak Hersoq bazar günü müxalifət lideri Qadi Ayzenkota hökuməti formalaşdırmağı tapşırıb.
Demokrat.az xəbər verir ki, bu barədə "The Times of Israel" dövlət başçısının dəftərxanasına istinadən məlumat yayıb.
Hersoq qərarı barədə həm Ayzenkotu, həm də hazırkı Baş nazir Binyamin Netanyahunu məlumatlandırıb.
Prezident baş nazir vəzifəsinə namizədi yeni çağırış Knesset üzvlərini təmsil edən nümayəndə heyətləri ilə məsləhətləşmələrdən sonra müəyyənləşdirib.
Məsləhətləşmələrin yekununda 67 deputat Ayzenkotu, 46 deputat isə Netanyahunu dəstəkləyib. Qalan deputatlar bitərəf qalıblar.
Ayzenkotun hökuməti formalaşdırmaq üçün 28 gün vaxtı olacaq. Zərurət yaranarsa, o, müddətin daha 14 gün uzadılmasını istəyə biləcək. (oxu.az)


