"Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmində Nina obrazı ilə tanınan Xalq artisti Natalya Varley Ukrayna kəşfiyyatının məlumat bazasına daxil edilib.
Demokrat.az xəbər verir ki, aktrisanın bu siyahıya salınmasına səbəb kimi Rusiyanın hərbi əməliyyatlarına və rusiyalı hərbçilərə dəstək nümayiş etdirməsi, eləcə də Rusiyanın yeni bölgələrinə səfərlər etməsi göstərilib.
Bundan başqa, Varleyin "Xalq cəbhəsi. Qələbə üçün hər şey!" layihəsinin səfiri kimi fəaliyyəti də əsas gətirilib.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Xalq artistləri Nikolay Baskov və Filipp Kirkorov da həmin məlumat bazasına daxil edilmişdilər.


