YapiKredi Müraciət Forması
Siyasət

Ərdoğan Azərbaycana yola düşdü

Ərdoğan Azərbaycana yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etmək üçün yola düşüb.

Demokrat.az-ın "TRT Haber"ə istinadən verdiyi məlumata görə, Türkiyə Prezidentini səfərdə həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir.

Nümayəndə heyətinin tərkibində Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın, kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı və digər rəsmi şəxslər də yer alıb.

Qeyd edək ki, səfər çərçivəsində Qarabağda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü nəzərdə tutulub.

Editor
Redaktor