Belarus Prezidenti Aleksandr Lukaşenko media nümayəndələri arasında keçirilən V odun doğrama çempionatına dəstək verib.
Demokrat.az xəbər verir ki, dövlət başçısı özünün doğulduğu bölgədə komandasına qoşularaq odun doğrayıb. O, bu addımını jurnalistlərin də zəhmət çəkdiyini vurğulamaqla izah edib.
Lukaşenko daha sonra Belarus istehsalı olan şəxsi iş baltasının üzərinə avtoqraf yazaraq onu çempionatın qalibinə hədiyyə edib. Prezidentin şəxsi əlcəkləri də mükafatın tərkibinə daxil edilib.
V odun doğrama çempionatı noyabrın 8-də Minsk vilayətində, Vyaça su anbarının sahilində keçirilir.


