Rusiyanın Xalq artisti Lidiya Fedoseyeva-Şukşina 88 yaşında dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Aktrisanın qızı agentliyə açıqlamasında anasının ölümünə ürək çatışmazlığının səbəb olduğunu bildirib.
Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O, kino fəaliyyətinə 1955-ci ildə Vladimir Vengerovun ekranlaşdırdığı "İki kapitan" filmi ilə başlayıb.
Sənətçi uzun illər davam edən yaradıcılığı ərzində 90-dan çox film və televiziya layihəsində rol alıb. Onun iştirakı ilə çəkilən "Peçki-lavoçki", "Qırmızı kalina", "12 stul", "Onlar Vətən uğrunda döyüşürdülər" və "Vivat, qvardiyaçılar!" filmləri tamaşaçılara yaxşı tanışdır.
Aktrisa 1984-cü ildə RSFSR-in Xalq artisti fəxri adına layiq görülüb.


