Azərbaycanda noyabr ayında qeyd olunan bayramlardan sonra növbəti rəsmi qeyri-iş günü dekabrın 31-nə təsadüf edəcək.
Demokrat.az xəbər verir ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunur.
Bundan sonra yanvarın 1-i və 2-si Yeni il bayramı münasibətilə qeyri-iş günləri olacaq.
Qeyd edək ki, noyabrın 12-də Konstitusiya Günü, noyabrın 17-də isə Milli Dirçəliş Günü qeyd edilsə də, bu tarixlər iş günü hesab olunur.


