YapiKredi Müraciət Forması
Sağlamlıq

Azərbaycanda DNT testinin qiyməti nə qədərdir?

Azərbaycanda DNT testinin qiyməti nə qədərdir?

Azərbaycanda DNT testlərinin qiyməti müayinənin məqsədindən və növündən asılı olaraq dəyişir. Atalığın müəyyən edilməsi, bioloji qohumluğun təsdiqi, genetik mənşənin araşdırılması və irsi xəstəliklərin aşkarlanması üçün aparılan testlərin tarifləri fərqlidir.

Demokrat.az xəbər verir ki, laboratoriyaların açıqladığı qiymətlərə əsasən, Azərbaycanda atalığın müəyyən edilməsi üçün DNT testinin qiyməti təxminən 179-350 manat arasında dəyişir.

Ata, ana və uşağın birlikdə iştirak etdiyi testin qiyməti isə 450 manata çata bilər. Məhkəmə araşdırmalarında istifadə olunan DNT ekspertizasının qiyməti müayinənin şərtlərindən asılı olaraq daha yüksək ola bilər.

Qardaş və bacı arasında bioloji qohumluğun müəyyən edilməsi üçün testin qiyməti təxminən 220 manat, etnik mənşənin araşdırılması üçün DNT testinin qiyməti isə 199 manat təşkil edir.

Hamiləlik dövründə atalığın müəyyən edilməsi üçün aparılan prenatal DNT testlərinin qiyməti 999-1200 manat civarındadır.

Editor
Redaktor