Plastik butulkalar məişətdə müxtəlif məqsədlər üçün istifadə oluna bilər. Xüsusilə bağ evində və bağçılıq işlərində bu qablar bir sıra faydalı vasitələrə çevrilə bilər. Bunun üçün sadəcə qayçı və bir qədər yaradıcılıq kifayətdir.
Demokrat.az xəbər verir ki, istifadə olunmuş plastik butulkalardan bitkilərin suvarılması üçün qab, dibçək, toxum əkmək üçün kiçik konteyner, bağ alətləri üçün saxlanc yeri və müxtəlif məişət ləvazimatları hazırlamaq mümkündür.
Məsələn, plastik butulkanın üst hissəsini kəsərək onu kiçik dibçək kimi istifadə etmək olar. Alt hissəsində bir neçə dəlik açmaq artıq suyun axmasını təmin edir. Butulkanın gövdəsini uyğun formada kəsməklə bitkilər üçün suvarma vasitəsi də hazırlamaq mümkündür.
Bundan başqa, iri plastik qabları bağ alətlərini və xırda əşyaları saxlamaq üçün istifadə etmək olar. Beləliklə, həm lazımsız tullantıların miqdarı azalır, həm də əlavə xərc çəkmədən faydalı əşyalar əldə edilir.


