Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı proqnozlaşdırılır. Bəzi ərazilərdə yağıntının intensiv və leysan xarakterli olacağı, şimşək çaxacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal-qərb küləyi arabir güclənəcək.
Paytaxt və Abşeron yarımadasında havanın temperaturu gecə 6-8, gündüz 8-11 dərəcə isti olacaq. Atmosfer təzyiqinin 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcəyi, nisbi rütubətin isə 75-85 faiz təşkil edəcəyi bildirilir.
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın intensiv olacağı, dağlıq bölgələrdə qar yağacağı ehtimal edilir. Axşam saatlarında yağıntının tədricən kəsiləcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman müşahidə olunacaq, mülayim qərb küləyi arabir güclənəcək.
Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 11-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 2-6, gündüz isə 0-2 dərəcə şaxta gözlənilir.


