Düşbərə hazırlayarkən ən vacib məqamlardan biri xəmirin düzgün yoğrulmasıdır. Xəmirin nazik, yumşaq və elastik olması yeməyin həm dadına, həm də keyfiyyətinə təsir edir.
Demokrat.az xəbər verir ki, ideal xəmir əldə etmək üçün üç əsas qaydaya əməl etmək lazımdır. İlk növbədə, inqrediyentlərin düzgün nisbətdə qarışdırılmasına və suyun temperaturuna diqqət yetirilməlidir. Daha sonra xəmir hamar və elastik olana qədər yaxşıca yoğrulmalıdır. Kifayət qədər yoğrulmayan xəmir yayıldıqda cırıla və formasını itirə bilər.
Digər vacib məqam isə xəmirin dincəlməsidir. Yoğurulmuş xəmiri dərhal yaymaq əvəzinə üzərini örtərək bir müddət saxlamaq tövsiyə olunur. Bu, onun daha elastik olmasına və rahat yayılmasına kömək edir.
Bu qaydalara əməl etməklə pelmen üçün nazik, yumşaq və elastik xəmir hazırlamaq mümkündür. Belə xəmir bişirmə zamanı formasını daha yaxşı qoruyur və düşbərələrin dağılmasının qarşısını almağa kömək edir.


