YapiKredi Müraciət Forması
Şou-biznes

"Milyonlar qazanan cəmi 3-5 aktyor var"

Milyonlar qazanan cəmi 3-5 aktyor var

Türkiyəli aktrisa Burcu Biricik televiziya sektorunda yaşanan böhranın səbəbləri və aktyorların qazancı ilə bağlı diqqətçəkən açıqlama verib.

Demokrat.az xəbər verir ki, aktrisa aktyorların yüksək qonorarlar aldığı barədə fikirlərin şişirdildiyini bildirərək, sektorda milyonlar qazanan sənət adamlarının sayının çox az olduğunu deyib.

"Aktyorların yalnız milyonlar qazandığı düşünülür. İnanın, milyonlar qazanan cəmi 3-5 aktyor var. Qalan hər kəs dolanışığını təmin etmək dərdindədir. Buna görə də aktyorların qonorarından kəsiləcək pullarla bu sektoru xilas etmək mümkün deyil", – deyə Biricik bildirib.

Aktrisa hesab edir ki, mövcud problemlərin həlli üçün aktyorların qonorarlarının azaldılması deyil, sistemin özündə dəyişikliklər aparılması vacibdir.

"Məncə, bu sistemdə ciddi və köklü dəyişikliklərə ehtiyac var. Bunun üçün prodüserlər və televiziya kanalları radikal addımlar atmalıdır", – deyə o əlavə edib.

Qeyd edək ki, Türkiyə televiziya sektorunda reklam gəlirlərinin azalması iqtisadi böhrana səbəb olub. Yaranmış vəziyyət fonunda prodüserlərin aktyorlardan qonorarlarında endirim etmələrini istədiyi bildirilir. Reklam gəlirlərindəki azalma səbəbindən bir sıra seriallar da final edib.

Editor
Redaktor