YapiKredi Müraciət Forması
Özəl Şou-biznes

Gülben Ergen: "Azərbaycanı bütün qəlbimlə sevirəm" - VİDEO

Gülben Ergen: Azərbaycanı bütün qəlbimlə sevirəm - VİDEO

Bu gün "BLACK MEDIA" şirkətinin təşkilatçılığı, Marat Bəxtiyarovun rəhbərliyi ilə Türkiyənin sevilən pop ulduzu Gülben Ergen Bakıda konsert proqramı ilə çıxış edəcək.

Demokrat.az xəbər verir ki, konsert öncəsi sənətçi Heydər Əliyev Beynəlxalq Hava Limanında media nümayəndələrinin suallarını cavablandırıb.

Jurnalistlərə açıqlama verən Gülben Ergen Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərindən, ölkəmizə olan sevgisindən və həyata keçirdiyi sosial layihələrdən danışıb.

Sənətçi Azərbaycanı yalnız sözlə deyil, bütün qəlbi ilə sevdiyini vurğulayıb:

"Biz bir-birimizi görəndə sevinir, üzümüz gülür. Mən illər ərzində yalnız mahnılarımla deyil, çəkildiyim seriallarla da Azərbaycan tamaşaçılarının yaddaşında iz qoymuşam. Birlikdə çox gözəl xatirələrimiz var. Sosial şəbəkələr vasitəsilə də bir-birimizin yaxşı və çətin günlərini, sevinclərini, ağrılarını, itkilərini paylaşmışıq. Ona görə də ‘qardaş ölkə" ifadəsini formal olaraq işlətmirəm. Bunu bütün qəlbimlə deyirəm".

Gülben Ergen Zəfər Günü ərəfəsində Bakıda səhnəyə çıxmağın onun üçün xüsusi məna daşıdığını bildirib.

Bununla yanaşı, sənətçi bu əlamətdar günlərdə Azərbaycan tamaşaçıları ilə bir araya gəlməkdən böyük sevinc duyduğunu qeyd edib.