Bakı-Qazax magistral yolunda avtomobil aşıb.
Hadisə yolun Ucar rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markalı kiçiktutumlu yük avtomobili aşıb.
Qəza nəticəsində 1963-cü il təvəllüdlü F.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sürücü avtomobilin yük yerində giləmeyvə daşıyırmış. (oxu.az)


