YapiKredi Müraciət Forması
Hadisə

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetmə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilib.

Məlum olub ki, Hətəm orta məktəb şagirdidir. O, həmkəndlisi 16 yaşlı Sultan Bünyadovla sevdiyi qıza görə mübahisə edib və gecə saat 00:20 radələrində küçədə həmin şəxsi bıçaqlayıb.

Qarın nahiyəsindən ağır xəsarət alan Sultan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.

Məhkəmənin hökmü ilə Hətəmə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun ilk dəfə cinayət törətməsi, yaşı, xasiyyətnaməsi və digər hallar nəzərə alınaraq cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. (Qafqazinfo)