YapiKredi Müraciət Forması
Cəmiyyət

Salyanda Zəfər Günü qeyd olunub — FOTOLAR

Salyan rayonunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş təntənəli bədii-musiqili bayram tədbiri keçirilib.

Demokrat.az xəbər verir ki, bədii-musiqili bayram tədbirində RİH başçısı Rüstəm Xəlilov, Milli Məclisin deputatı Günay Ağamalı, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Salyan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib. Tədbirdə xalqımızın tarixi Zəfərinin əhəmiyyəti, Azərbaycan Ordusunun qəhrəmanlığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbənin ölkəmizin həyatında oynadığı mühüm rol vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində nümayiş etdirilən misilsiz qəhrəmanlıq, xalqımızın birliyi, həmrəyliyi və milli ruhu Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini təşkil edir.

Milli qürurun, şərəfin və ləyaqətin təntənəsinə çevrilən bu əlamətdar tarixi günə həsr olunmuş bayram konserti yüksək vətənpərvərlik ruhunda davam edib. Konsert proqramı çərçivəsində Salyan Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Vətənə məhəbbəti, qəhrəmanlıq salnaməmizi, xalqımızın tarixi Zəfərini və milli birliyini tərənnüm edən musiqi nömrələri təqdim olunub. Yüksək coşqu, milli qürur və Zəfər sevinci ilə müşayiət olunan konsert proqramı sakinlər tərəfindən böyük maraq, məmnunluq və alqışlarla qarşılanıb.

1 / 17

Bəxtiyar Umarlı
Managing Editor