YapiKredi Müraciət Forması
Region

Simonyanın Qarabağla bağlı etirafına Rusiyadan cavab

Simonyanın Qarabağla bağlı etirafına Rusiyadan cavab

Həmin vaxt onun kimin ayaqlarına düşdüyü bizə məlum deyil. Bəlkə də o, bunu indi də davam etdirir. Regionda qan tökülməsini dayandıran məhz Rusiya olub.

Demokrat.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın Qarabağ müharibəsi ilə bağlı sözlərini şərh edərkən deyib.

Zaxarova vurğulayıb ki, 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən imzalanan üçtərəfli bəyanatla Qarabağda hərbi əməliyyatlara son qoyulub:

Qeyd edək ki, ötən gün Alen Simonyan açıqlamasında 2020-ci ildə Moskvaya səfərə yollandığını və Qarabağda müharibənin dayandırılması üçün Rusiyadan xahiş etdiyini etiraf edib.

Editor
Redaktor